28 oktyabr 2024. Bazar ertəsi

Tottenhem futbolçusunu icarəyə göndərdi


  • Transfer
  • 15:02 02.08.2022
  • Oxunma sayı: 68
Tottenhem futbolçusunu icarəyə göndərdi
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Co Rodonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı mlumat yayıb.  24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Uelsli futbolçu “Suonsi Siti”nin yetirməsidir. O, 2018-ci ildə “Çeltnem Taun”da da icarədə oynayıb. Uelsli futbolçu 2020-ci ildən “Tottenhem”də çıxış edir. Lakin əsas heyət üzvünə çevrilə bilməyən müdafiəçi, burada cəmi 24 oyuna çıxıb. Mərkəz müdafiəçisi Uels yığmasında 28 oyun keçirib.






Transfer