Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az klubun saytına istinadən xəbər verir ki, “sarı-qırmızılar” Niderlandın “Alkmaar” klubundan Fredrik Midtsyonu transfer edib. Norveçli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu transferə görə 3,5 milyon avro təzminat ödəyib. Midtsyon isə yeni klubunda ilinə 975 min avro qazanacaq.
Midtsyo Niderland klubunda 195 matça çıxıb, 7 qol vurub, 31 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, “Qalatasaray” klubu futbolçusu Aytaç Kara ilə də yollarını ayırdığını diqqətə çatdırıb. 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bildirək ki, Kara “sarı-qırmızılar”la 3 illik müqavilə imzalamışdı.