28 oktyabr 2024. Bazar ertəsi

Liverpul Jota ilə müqaviləni uzatdı


  • Transfer
  • 18:07 02.08.2022
  • Oxunma sayı: 98
Liverpul Jota ilə müqaviləni uzatdı

İngiltərənin "Liverpul" klubu futbolçusu Diequ Jotanın müqavilə müddətini uzadıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə 5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı forvard Mersisayd təmsilçisinə 2020-ci ilin sentyabrında 45 milyon avro qarşılığında "Vulverhempton"dan keçib. İndiyədək "Liverpul"da 85 oyuna çıxan Jota 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer