28 oktyabr 2024. Bazar ertəsi

Çelsi'dən 18 milyonluq transfer


  • Transfer
  • 00:02 03.08.2022
  • Oxunma sayı: 113
Çelsi'dən 18 milyonluq transfer
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, "zadəganlar" “Aston Villa”dan yarımmüdafiəçi Karni Çukvuemekanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. London klubu bu transfer üçün “Aston Villa”ya 18 milyon avro ödəyib.
 
Karni Çukvuemeka Avstriyada doğulsa da, İngiltərə vətəndaşlığına da sahibdir. O, 2016-cı ildən “Aston Villa”da çıxış edirdi. Peşəkar karyerasına məhz bu klubda başlayan yarımmüdafiəçi, əsas komandada 16 oyun keçirib. O, bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb. Çukvuemeka İngiltərənin U-19 yığmasının da üzvüdür.
 
Yeri gəlmişkən, “Aston Villa” Çukvuemeka ilə yanaşı braziliyalı hücumçusu Ueslini isə İspaniyanın “Levante” klubuna icarəyə göndərib. 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonunadək bu komandada oynayacaq. 2019-cu ildən “Aston Villa”nın uğurları üçün çalışan forvard daha öncə “Brügge” və “İnternasional” klublarına da icarəyə verilib. O, İngiltərə klubunda cəmi 26 oyuna çıxıb, 6 qolla yadda qalıb. Braziliya yığmasında da 1 oyun keçirmiş futbolçu, əvvəllər “İtabuna”, “Trençin” və “Brügge”də oynayıb.






Transfer