28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubundan 2 yeni transfer və bir yeni müqavilə


  • Transfer
  • 00:37 03.08.2022
  • Oxunma sayı: 82
Super Liqa klubundan 2 yeni transfer və bir yeni müqavilə
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi macarıstanlı yarımmüdafiəçi Kevin Varqa, həmçinin Bosniya və Herseqovinalı mərkəz müdafiəçisi Oqnen Vranyeşi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Varqa ilə 2, Vranyeşlə isə 3 illik müqavilə imzalanıb.
 
Kevin Varqa Super Liqanın digər təmsilçisi “Kasımpaşa”dan transfer olunub. 26 yaşlı futbolçu 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. Bu ilin əvvəlində isə yarımüdafiəçi İsveçrənin “Yanq Boyz” klubuna icarəyə verilmişdi. Macar futbolçu əvvəllər vətənində “Debretsen”, “Balmazuyvaroş” və “Siqand” klublarının da formasını geyinib. Macarıstan yığmasında 10 oyun keçirmiş futbolçu 1 qol vurub.
 
Oqnen Vranyeş isə Yunanıstanın AEK (Afina) klubundan gəlib. 32 yaşlı futbolçu əvvəllər “Borats”, “Srvena Zvezda”, “Napredak”, “Şerif” (Tiraspol), “Krasnodar”, “Spartak” (Vladiqafqaz), “Elazığspor”, “Qaziantepspor”, “Sportinq” (Xixon), “Tom” (Tomsk), “Anderlext” və “Şarlerua”da da oynayıb. Təcrübəli futbolçu Bosniya və Herseqovina yığmasında 38 oyun keçirib.

Yeri gəlmişkən, Hatay təmsilçisi portuqaliyalı yarımmüdafiəçisi Ruben Ribeyro ilə də yeni müqavilə imzaladığını diqqətə çatdırıb. 35 yaşlı futbolçu 2 illik yeni sözləşməyə imza atıb.
 
Ruben Ribeyro 2020-ci ildən “Hatayspor”da çıxış edir. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 2 qol vurub. Təcrübəli futbolçu əvvəllər “Leyksoeş”, “Penafiel”, “Beyra-Mar”, “Pasuş de Ferreyra”, “Rio Ave”, “Jil Visente”, “Boavişta”, “Sportinq” (Lissabon) və “Əl-Əyn” klublarında da forma geyinib.

“Hatayspor” daha öncə Erce Kardeşler, Rayan Aabid, Musa Çağıran, Burak Yılmaz, Cengiz Demir, Koray Yağcı və Kaan Kanakı da heyətinə qatmışdı. 






Transfer