5 iyul 2026. Bazar günü

PSJ-nin futbolçusu Roma ilə anlaşdı


  • Transfer
  • 10:56 03.08.2022
  • Oxunma sayı: 150
PSJ-nin futbolçusu Roma ilə anlaşdı

Fransanın “PSJ” klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano tviter səhifəsində yazıb.

O, niderlandlı yarımmüdafiəçinin icarə əsasında "canavarlar"da çıxış edəcək.

Veynaldum ötən mövsüm 38 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı bildirib ki, Veynaldumun bazar qiyməti 18 milyon avrodur.

Futbolçu əvvəllər “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord” komandalarında çıxış edib







Transfer