28 oktyabr 2024. Bazar ertəsi

La Liqa klubu Portu'nun qapıçısı ilə gücləndi


  • Transfer
  • 18:13 03.08.2022
  • Oxunma sayı: 85
La Liqa klubu Portu'nun qapıçısı ilə gücləndi
İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Portu” klubunun qapıçısı Aqustin Marçesini transfer edib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
 
La Liqa klubu bu keçidə görə Portuqaliya klubuna cəmi 1 milyon avro ödəyib.
 
Aqustin Marçesin 2019-cu ilin iyulundan “Portu”da çıxış edirdi. Argentinalı qolkiper bu komandada keçirdiyi 3 mövsüm ərzində 94 oyuna çıxıb, 78 qol buraxıb. Təcrübəli qolkiper 46 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
 
Argentina yığmasında 8 oyun keçirmiş Marçesin, əvvəllər “Lanus”, “Santos Laquna” və “Amerika” klublarının da formasını geyinib.






Transfer