28 noyabr 2024. Cümə axşamı

Fransa klubu Arsenal'ın futbolçusu ilə gücləndi


  • Transfer
  • 14:18 05.08.2022
  • Oxunma sayı: 90
Fransa klubu Arsenal'ın futbolçusu ilə gücləndi
İngiltərənin “Arsenal” klubunun hücumçusu Folarin Baloqunu icarəyə göndərib. Corner.az xəbər verir ki, gənc futbolçu bundan sonra Fransanın “Reyms” komandasının uğurları üçün çalışacaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransa klubu  21 yaşlı hücumçunu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb.
 
İngilis futbolçu “topçular”ın yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında oynamağa başlayıb və meydana çıxdığı 10 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc hücumçu bu ilin əvvəlində “Midlsbro”ya da icarəyə verilmişdi. O, Çempionşip təmsilçisində 20 oyuna 3 qol vurub. Hücumçu İngiltərənin U-21 yığmasının da əsas üzvlərindən biridir.
 
“Arsenal” 18 yaşlı yarımmüdafiəçisi Çarli Patinonu da “Blekpul”a icarəyə verib. İngiltərənin U-19 yığmasının üzvü də qarşıdakı mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcək. O, 2021-ci ildən cəlb olunmağa başladığı “Arsenal”ın əsas komandasında 2 oyuna çıxıb, 1 qol vurub.
 
Yeri gəlmişkən, “Reyms” Baloqunla yanaşı, yaponiyalı sağ cinah müdafiəçisi Junya İtonu da heyətinə qatıb. Belçikanın “Genk” klubundan transfer olunmuş 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Həm də vinger kimi oynamağı bacaran yapon müdafiəçi, 2019-cu ildən “Genk”də çıxış edirdi. O, bu komandada 143 oyuna 29 qol vurub. Yaponiya yığmasında 36 oyun keçirmiş İto, 9 qol da vurub.
 
Baloqun “Arsenal”da 29, İto isə 39 nömrəli formanı geyinəcək






Transfer