İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Riki Puç ilə yollarını ayırıb.Corner.az xəbər verir ki, ABŞ-ın “Los Anceles Qalaksi” klubu 22 yaşlı futbolçunu transfer edib.
MLS təmsilçisi onu azad agent kimi heyətinə qatdığı üçün Kataloniya klubuna təzminat ödəməyib. İspaniyalı futbolçu yeni klubu ilə 2025-ci ilin 31 dekabrına qədər olan müqavilə imzalayıb.
Riki Puç “Barselona”nın öz yetirməsidir. O, 2018-ci ildən klubun əsas komandasında forma geyinirdi. Mərkəz yarımmüdafiəçisi Kataloniya təmsilçisində 56 oyuna çıxıb, 2 qol və 3 məsuldar ötürmə ilə yadda qalıb.
“Los Anceles Qalaksi” isə öz yarımmüdafiəçisi Rayan Ravelosonu Fransanın “Oser” klubuna satıb. Liqa 1-in yeni üzvü bu keçidə görə MLS klubuna 1.75 milyon avro ödəyib. Madaqaskardan olan 25 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Fransa vətəndaşlığına da malik olan futbolçu, daha öncə bu ölkədə “Tur” və “Trua” klublarında da forma geyinib. Madaqaskar yığmasında 8 oyun keçirmiş yarımmüdafiəçi 2 qola imza atıb. O, 2021-ci ilin mayından çıxış etdiyi “Los Anceles Qalaksi”də 44 oyuna 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.