28 noyabr 2024. Cümə axşamı

Qalatasaray futbolçusunu İtaliya klubuna göndərdi


  • Transfer
  • 19:15 05.08.2022
  • Oxunma sayı: 117
Qalatasaray futbolçusunu İtaliya klubuna göndərdi
Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Olimpiu Morutan ilə icarəyə verib. Corner.az xəbər verir ki, 23 yaşlı vinger bundan sonra İtaliyanın “Piza” klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubları rəsmi saytları vasitəsilə məlumat yayıblar. Rumıniyalı futbolçu 2022/23 mövsümünün sonuna qədər B Seriyası təmsilçisində forma geyinəcək. “Piza” bir mövsümlük icarə üçün “Qalatasaray”a 150 min avro ödəyəcək. Müqavilədə satınalma şərti də var. “Piza” mövsümün sonuna kimi yarımmüdafiəçini birdəfəlik almaq istəsə, İstanbul təmsilçisinə əlavə 5.5 milyon avro ödəməlidir.
 
Olimpiu Morutan 2021-ci ilin avqustunda Rumıniyanın “Styaua” (Buxarest) klubundan “Qalatasaray”a transfer olunmuşdu. O, İstanbul təmsilçisində meydana çıxdığı 33 oyunda 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Rumıniya yığmasında 3 oyun keçirmiş vinger, əvvəllər “Botoşani” və “Universitatya” (Kluj) klublarında da çıxış edib.
 
“Qalatasaray” gənc oyunçusu Süleyman Luşu da “Tuzlaspor”a icarəyə göndərib. O da 2022/23 mövsümünün sonuna kimi icarədə əsasında bu komanda da çıxış edəcək. 21 yaşlı futbolçu ötən mövsümü də 1-ci Liqa təmsilçisi “Bandırmaspor”da icarədə keçirib. O, 14 çempionat, 4 Türkiyə Kuboku maçında forma geyinib.
 
İstanbul klubu daha bir gənc oyunçusu Sarper Çağları da “Hatayspor”a satıb. Hatay klubunun bu keçidə görə nə qədər təzminat ödədiyi açıqlanmasa da, 19 yaşlı sol cinah vingeri ilə 4 illik müqavilə imzalanıb.






Transfer