27 oktyabr 2024. Bazar günü

De Rossi baş məşqçi ola bilər


  • Transfer
  • 21:11 05.08.2022
  • Oxunma sayı: 136
De Rossi baş məşqçi ola bilər

"Roma”nın keçmiş yarımmüdafiəçisi Daniele De Rossi “Palermo”nun "sükanı" arxasına keçə bilər.

Corner.az xəbər verir ki, bu barədə “Sport İtalia” məlumat yayıb. 2020-ci ildə futbolçu karyerasını başa vuran 39 yaşlı De Rossi, İtaliya millisində Roberto Mançininin köməkçisidir.

De Rossi üçün bu təyinat onun baş məşqçi kimi debütü ola bilər.

“Palermo” bu mövsüm İtaliyanın B Seriyasında çıxış edəcək.







Transfer