5 oktyabr 2026. Bazar ertəsi

Qarabağ'ın rəqibindən ayrıldı, Şaxtyor'a keçdi


  • Transfer
  • 11:09 06.08.2022
  • Oxunma sayı: 133
Qarabağ'ın rəqibindən ayrıldı, Şaxtyor'a keçdi
Futbol üzrə Ukrayna yığmasının yarımmüdafiəçisi Aleksandr Zubkov Macarıstanın “Ferentsvaroş” klubundan ayrılıb. Corner.az xəbər verir ki, o, Donetsk "Şaxtyor"una keçib.
 
26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Transferlə bağlı digər detallar açıqlanmayıb.
 
Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.
 
“Ferentvaroş" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir. Bu iki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə bitib - 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtında baş tutacaq.






Transfer