27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə


  • Transfer
  • 13:21 06.08.2022
  • Oxunma sayı: 76
Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Haunun müqaviləsi yenilənib. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İ 44 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Lakin müddət və digər detallar açıqlanmayıb. İngilis çalışdırıcı, 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edir. Həmin vaxt gənc mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanmışdı.
 
“Nyukasl” bu məşqçinin rəhbərliyi altında 28 oyuna çıxıb, 13 qələbə qazanıb, 5 heç-heçə edib, 10 oyunda məğlub olub. Komanda Premyer Liqada geridə qalan mövsümü 11-ci pillədə başa vurub.






Transfer