27 oktyabr 2024. Bazar günü

Bundesliqa klubunda isveçli hücumçu


  • Transfer
  • 13:22 06.08.2022
  • Oxunma sayı: 87
Bundesliqa klubunda isveçli hücumçu
Almaniyanın “Şalke” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi İsveç milli komandasının hücumçusu Cordan Larssonu heyətinə qatıb.
 
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Rusiyanın “Spartak” (Moskva) klubu ilə müqaviləsinə xitam verən 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bundesliqa klubu bu keçid üçün heç bir təzminat ödəməyib. Larsson yeni komandasında 7 nömrəli formanı geyinəcək.
 
Cordan Larsson 2019-cu ildən “Spartak”da çıxış edirdi. Bu ilin aprelində isə o, İsveçin AİK klubuna icarəyə verilmişdi. Moskva klubunda keçirdiyi 3 mövsüm ərzində 83 oyuna 27 qol vurmuş futbolçu, AİK-də də 11 oyuna 3 dəfə fərqlənib. O, daha öncə “Norçöpinq”, “Neymegen”, “Helsinqborq” və “Höqaborq” kimi klublarda da forma geyinib. İsveçli forvard ölkəsinin əsas yığmasında da 7 oyuna 1 qol vurub.






Transfer