4 aprel 2026. Şənbə

Azərbaycan millisinin futbolçusu Niderlandda klubunu dəyişdi


  • Transfer
  • 16:08 06.08.2022
  • Oxunma sayı: 159
Azərbaycan millisinin futbolçusu Niderlandda klubunu dəyişdi

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu səviyyəcə ikinci sayılan Erstedivizion təmsilçisi "Eyndhoven"ə transfer olunub. Onun son klubu elə bu liqada çıxış edən "Telstar" olub.

Qeyd edək ki, Ozan Can Kökçü əvvəllər Azərbaycanda "Sabah" komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib.







Transfer