27 oktyabr 2024. Bazar günü

Fransa klubunda bir yeni transfer, bir ayrılıq


  • Transfer
  • 17:53 06.08.2022
  • Oxunma sayı: 87
Fransa klubunda bir yeni transfer, bir ayrılıq
Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Tuluza”dan Bafode Diakiteni transfer edib.
 
Bu barədə  klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Fransız futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək. “Tuluza” bu transferdən 3 milyon avro qazanıb.
 
Bafode Diakite 2018-ci ildən “Tuluza”nın əsas komandasında forma geyinirdi. O, bu komandada 84 oyuna çıxıb. Müdafiənin həm mərkəzində, həm də cinahlarında oynamağı bacaran futbolçu, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da çıxış edib.
 
 “Lill” öz müdafiəçisi İv Dabilanı isə “Paris” klubuna satıb. Transferin detalları açıqlanmasa da, 25 yaşlı futbolçunun yeni klubu ilə 2 illik müqavilə bağladığı diqqətə çatdırılıb.
 
“Monako”nun yetirməsi olan İv Dabila 2017-ci ildən “Lill”də çıxış edirdi. Lakin Fil Dişi Sahilindən olan futbolçu burada əsas heyətdə yer ala bilməyib. Bu komandada cəmi 32 oyun keçirmiş futbolçu “Serkl Brügge”, “Muskron” və “Seren” klublarına icarəyə verilib.






Transfer