27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan 20 milyonluq transfer


  • Transfer
  • 17:58 06.08.2022
  • Oxunma sayı: 109
Premyer Liqa klubundan 20 milyonluq transfer
İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, sözügedən klub “Bernli”nin yarımmüdafiəçisi Maksvel Korneni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilindən olan futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
 
“Vest Hem” 25 yaşlı futbolçu üçün bu yay Premyer Liqanı tərk edən kluba 20.7 milyon avro ödəyib. 
 
Maksvel Korne “Bernli”yə 2021-ci ilin yayında Fransanın “Olimpik” (Lion) klubundan 15 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkəsinin milli komandasında 29 oyuna 6 qol vurmuş vinger, daha öncə yetirməsi olduğu “Mets” klubunun da uğurları üçün çalışıb.






Transfer