27 oktyabr 2024. Bazar günü

Mançester Siti iki futbolçusunu icarəyə göndərdi


  • Transfer
  • 19:46 06.08.2022
  • Oxunma sayı: 103
Mançester Siti iki futbolçusunu icarəyə göndərdi
İngiltərənin “Mançester Siti” klubu iki futbolçusunu icarəyə göndərib. Corner.az xəbər verir ki, “şəhərlilər” 22 yaşlı hücumçu Slobodan Tediçi “Barnsli”yə, 19 yaşlı yarımmüdafiəçi Ceyms Makatini isə “Şeffild Yunayted”ə icarəyə göndəriblər.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi bu klublarda forma geyinəcək.
 
Slobodan Tediç 2020-ci ildə Serbiyanın “Çukariçki” klubundan 3 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunsa da, burada əsas heyətə düşə bilməyib. Serbiyalı futbolçu elə həmin il “Çukariçki”nin özünə, ötən mövsüm isə Niderlandın “Zvolle” klubuna icarəyə verilmişdi. Tediç Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.
 
Ceyms Makati isə  “şəhərlilər”in  öz yetirməsidir. İngilis futbolçu ötən mövsüm Mançester təmsilçisinin heyətində 6 oyuna çıxıb. O, həm də İngiltərənin U-21 yığmasının üzvüdür.






Transfer