Türkiyənin “Fatih Karagümrük” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Lourens Nikolası heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Lourens Nikolas son olaraq Rusiyanın “Ximki” klubunda çıxış edib. O, geridə qalan mövsümdə bu komandanın heyətində cəmi 4 oyuna çıxıb. Gənc yarımmüdafiəçi daha öncə Rusiyada “Tambov” və “Olimp-Dolqoprudnı” klublarının da formasını geyinib.
“Fatih Karagümrük” daha öncə Məhəmməd Ozdoyev, Mbaye Diaqne, İbrahim Dreşeviç, Kolin Kazım Riçards, Emir Tintis, Efecan Mızrakçı, Otabek Şukurov, Levent Mercan, Adnan Uğur, Fatih Kurnaz və Matteo Riççini də heyətinə qatmışdı.