28 noyabr 2024. Cümə axşamı

Ayntraxt 3 hücumçusu ilə yollarını ayırdı


  • Transfer
  • 14:55 08.08.2022
  • Oxunma sayı: 111
Ayntraxt 3 hücumçusu ilə yollarını ayırdı
Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Qonsalo Pasiensiya Frankfurt təmsilçisindən ayrılıb. Corner.az xəbər verir ki, portuqaliyalı futbolçu bundan İspaniyanın “Selta” klubunun uğurları çalışacaq.
 
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. La Liqa klubunun bu transger üçün Almaniya klubuna ödədiyi təzminat  məbləği 
açıqlanmır.
 
Qonsalo Pasiensiya 2018-ci ildən “Ayntraxt”ın uğurları üçün çalışırdı. O, 2020/21 mövsümündə “Şalke”də icarədə də oynayıb. Frankfurt təmsilçisində 86 oyun keçirmiş futbolçu, burada 20 qola sevinib, 7 məhsuldar ötürmə müəllifi olub. Portuqaliyalı futbolçu daha öncə “Portu”, “Akademika”, “Olimpiakos”, “Rio Ave” və “Vitoriya de Setubal” klublarının da formasını geyinib. Portuqaliya yığmasında 2 oyuna çıxmış hücumçu cəmi 1 qol vurub.
 
“Ayntraxt” 17 yaşlı hücumçusu Enrike Erreronu da Madrid “Real”ına satıb. Frankfurt təmsilçisi ispaniyalı futbolçunun transferindən 300 min avro qazanıb. Bundesliqa klubu istedadlı hücumçunu 2021-ci ilin iyulunda “Vilyarreal”dan azad agent kimi heyətinə qatmışdı.
 
“Ayntraxt”ın türkiyəli hücumçusu Ali Akman da karyerasını ölkəsində davam etdirəcək. Frankfurt təmsilçisi onu “Göztəpə”yə 2022/23 mövsümünün sonuna kimi icarəyə verib. 2
 
“Bursaspor”un yetirməsi olan 20 yaşlı oyunçu, 2021-ci ilin fevralından “Ayntraxt”dadır. Türkiyənin U-21 yığmasının üzvü ötən mövsümü də Niderlandın “NEK Neymegen” klubunda icarədə keçirib.






Transfer