Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi portuqaliyalı Eduardo Kuaresma ilə fransız Stenli Nsokini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kuaresma Portuqaliyanın “Sportinq” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülübsə, Nsoki isə Belçikanın “Brügge” klubundan 12 milyon avro qarşılığında heyətə qatılıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Stenli Nsoki PSJ-nin yetirməsidir. O, öz ölkəsində Paris təmsilçisi ilə yanaşı, “Nitsa”da da çıxış edib. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edən futbolçu, 2021-ci ilin iyulundan “Brügge”nin uğurları üçün çalışdırdı.
Eduardo Kuaresma isə “Sportinq”in yetirməsidir. 20 yaşlı futbolçu ötən mövsümü “Tondela”da icarədə keçirib. O, Lissabon təmsilçisinin əsas komandasında 12 oyuna çıxıb.