Türkiyənin “Beşiktaş” klubunun yarımmüdafiəçisi Emirhan İlkhan İtaliyanın "Torino" klubuna keçidi rəsmiləşib. Corner.az xəbər verir ki, 18 yaşlı futbolçu bundan sonra İtaliya təmsilçisinin uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Turin klubu gənc futbolçuya görə İstanbul klubuna 4.5 milyon avro ödəyib. İlkhanın gələcəkdə başqa kluba satışından da 15 faiz gəlir "qara qartal"a çatacaq. Türkiyənin U-21 millisinin üzvü “Torino” ilə 4 illik müqaviləyə imzalayıb.
Emirhan İlkhan “Beşiktaş”ın öz yetirməsidir. O, 2021-ci ildən klubun əsas komandasında forma geyinməyə başlamışdı. Yarımmüdafiəçi bu ildən Türkiyənin U-21 yığmasına da dəvət olunur.