27 oktyabr 2024. Bazar günü

Dinamo Kiyev'in yetirməsi Qəbələ'də


  • Transfer
  • 18:03 10.08.2022
  • Oxunma sayı: 119
Dinamo Kiyev'in yetirməsi Qəbələ'də

Transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qırmızı-qaralar" ukraynalı yarımmüdafiəçi Andrey Strijakı heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Strijak peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Qeyd edək ki, bu, "Qəbələ"nin yay transfer dövründə altıncı oyunçu keçididir. Klub bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu transfer edib.







Transfer