5 iyul 2026. Bazar günü

Şimali Makedoniya millisinin üzvü Sumqayıt'da


  • Transfer
  • 20:56 10.08.2022
  • Oxunma sayı: 116
Şimali Makedoniya millisinin üzvü Sumqayıt'da
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. Corner.az xəbər verir ki, sözügedən klub ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millsinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb.
 
23 yaşlı cinah müdafiəçisi “Sumqayıt”da “12” nömrəli formada çıxış edəcək.
 
Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.






Transfer