27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubu Barselona'nın qapıçısı ilə gücləndi


  • Transfer
  • 10:06 11.08.2022
  • Oxunma sayı: 125
Premyer Liqa klubu Barselona'nın qapıçısı ilə gücləndi
Braziliyalı qapıçı Norberto Murara Neto İspaniyanın “Barselona” klubundan ayırılıb. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı qolkiper ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
 
İngiltərənin “Bornmut” klubu təcrübəli oyunçunu heyətinə qatıb. O, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
 
Neto “Barselona”ya 2019-cu ilin yayında “Valensiya”dan 26 milyon avro qarşılığında transfer olunmuşdu. Lakin o, Kataloniya təmsilçisinin heyətində cəmi 21 matça çıxıb və 20 qol buraxıb.
 
Braziliya yığmasında 1 oyun keçirmiş Norberto Murara, “Valensiya” və “Barselona”dan başqa “Yuventus”, “Fiorentina” və “Atletiko Paranaense” kimi klubların da çıxış edib.
 
“Bornmut” Neto ilə yanaşı, Niderlandın “Feyenoord” klubunun müdafiəçi Markos Senesini də transfer edib. Premyer Liqa təmsilçisi argentinalı futbolçuya görə Niderland klubuna 15 milyon avro ödəyib. 25 yaşlı futbolçu 4 illik müqaviləyə imza atıb.
 
Markos Senesi 2019-cu ilin sentyabrından “Feyenoord”un uğurları üçün çalışırdı. O, Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 116 matçda 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi yeni komandasında 25 nömrəli formanı geyinəcək.
 
Senesi  “Feyenoord”dan öncə ölkəsində “San Lorenso”nun uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi yığmada cəmi 1 oyun keçirib.
 
“Bornmut” sağ cinah müdafiəçisi Adam Smitlə də yeni müqavilə bağlayıb. Yeni müqaviləyə əsasən, 31 yaşlı futbolçu 2024-cü ilədək bu klubun uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki sözləşmənin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.
 
İngilis futbolçu “Tottenhem”in yetirməsidir. O, 2014-cü ildən “Bornmut”da forma geyinir. Sağ cinah müdafiəçisi buna qədər icarə əsasında “Uikomb Uonderers”, “Torki Yunayted”, “Milton Kins Dons”, “Lids” və “Derbi Kaunti” kimi klubların da uğurları üçün çalışıb. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçi, “Bornmut”da keçirdiyi 9 mövsüm ərzində 306 oyuna çıxıb, 6 qol vurub.






Transfer