27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibindən ayrıldı, Slovaçko'ya keçdi


  • Transfer
  • 11:13 11.08.2022
  • Oxunma sayı: 117
Qarabağ'ın rəqibindən ayrıldı, Slovaçko'ya keçdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Çexiyanın "Viktoriya" klubunu bir futbolçu tərk edib.

Corner.az Plzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Ondrjey Mihalik bundan sonrakı karyerasını Çexiyanın digər klubu "Slovaçko"da davam etdirəcək.

Hər iki klub 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferi ilə bağlı artıq razılığa gəlib. 2019-cu ilin iyununda Niderlandın "Alkmaar" klubundan "Viktoriya"ya keçmiş "Pişta" ləqəbli futbolçu bu müddətdə 57 matç keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.  

Qeyd edək ki, "Qarabağ" bu komandaya qarşı ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Avqustun 23-də Plzen şəhərində keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







Transfer