27 oktyabr 2024. Bazar günü

Fənərbaxça'dan ayrılan futbolçu Estudiantes'də


  • Transfer
  • 14:27 11.08.2022
  • Oxunma sayı: 106
Fənərbaxça'dan ayrılan futbolçu Estudiantes'də
 Türkiyənin “Fənərbaxça” klubu  yarımmüdafiəçisi Xose Sosa ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonrakı karyerasını ölkəsində davam etdirəcək.
 
Argentinalı futbolçu, yetirməsi olduğu “Estudiantes”ə qayıdıb. Təcrübəli oyunçu köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
Xose Sosa peşəkar karyerasına məhz “Estudiantes”də başlayıb. O, 2002-2007-ci illər aralığında bu klubun əsas komandasında 148 oyuna 11 qol vurub. 2007-ci ildə Almaniyanın “Bayern” klubuna transfer olunan yarımmüdafiəçi, 2010-cu ildə icarə əsasında yenidən “Estudiantes”ə qayıdıb. Argentinalı futbolçu 2020-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi 2 mövsüm ərzində 63 oyuna çıxıb, 4 qol vurub. Təcrübəli futbolçu Türkiyədə “Beşiktaş” və “Trabzonspor”un da uğurları üçün çalışıb. O, İtaliyada “Napoli”, İtaliyada “Milan”, Ukraynada “Metallist” (Xarkov), İspaniyada “Atletiko” (Madrid) klublarının da formasını geyinib.
 
Sosa Argentina yığmasında 19 oyun keçirib, 1 qol vurub.






Transfer