27 oktyabr 2024. Bazar günü

Emrelinin keçmiş komanda yoldaşı Super Liqa klubunda


  • Transfer
  • 15:39 11.08.2022
  • Oxunma sayı: 93
Emrelinin keçmiş komanda yoldaşı Super Liqa klubunda
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Legiya” (Varşava) klubunun hücumçusu Tomaş Pexartı transfer edib.
 
“Qaziantep” Varşava təmsilçisindən ayrılan 33 yaşlı futbolçunu azad agent kimi heyətinə qatdığına görə əlavə xərcə düşməyib. Çexiyalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
 
Pexart 2020-ci ilin fevralından “Legiya”da forma geyinirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 90 oyuna çıxıb, 39 qol vurub. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin keçmiş komanda yoldaşı Çexiya yığmasında 24 oyuna 2 qolla yadda qalıb. O, daha öncə “Las Palmas”, “Hapoel” (Beer Şeva), AEK (Afina), “İnqolştadt”, “Nürnberq”, “Sparta” (Praqa), “Yablonets” və “Sauthempton” kimi klubların da formasını geyinib.






Transfer