27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibindən daha bir transfer


  • Transfer
  • 19:12 11.08.2022
  • Oxunma sayı: 106
Qarabağ'ın rəqibindən daha bir transfer

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Çexiyanın "Viktoriya" klubu növbəti transferini reallaşdırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  slovakiyalı cinah hücumçusu Erik Yirka 3 illik müqaviləyə imza atıb.

24 yaşlı futbolçu keçidi ilə bağlı danışarkən Çempionlar Liqasına da toxunub: "Komanda ilə birgə olmağı səbirsizliklə gözləyirəm. Menecerim bu təklifi mənə deyəndə çox həyəcanlandım. Çempionlar Liqası uğrunda mübarizə mənim üçün və "Viktoriya"dakı bütün oyunçular üçün böyük motivasiyadır. Həmin matçlarda çıxış etməyə və komandaya kömək etməyə hazıram. Bunun üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, İspaniyanın "Real Ovyedo" klubundan transfer olunan Erik Yirka Slovakiya millisinin də üzvüdür.







Transfer