27 oktyabr 2024. Bazar günü

Liverpul'da yeni müqavilə


  • Transfer
  • 20:54 11.08.2022
  • Oxunma sayı: 117
Liverpul'da yeni müqavilə
İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Harvi Elliotla yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
19 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib. Britaniya mətbuatı isə ingilis futbolçunun azı 2027-ci ilin yayına kimi bu komandanın uğurları üçün çalışacağını yazıb.
 
Elliot 2019-cu ildə “Fulhem”dən “Liverpul”a transfer olunub. O, bu klubun əsas komandasının heyətində 22 oyuna çıxıb, 1 qol vurub. “Liverpul” gənc vingeri 2020/21 mövsümündə “Blekbern”ə icarəyə də verib. O, bu komandanın da heyətində 42 matç keçirib, 7 qol vurub. Elliot İngiltərənin U-21 yığmasına da dəvət alır.
 
“Liverpul” digər gənc yarımmüdafiəçisi Leyton Klarksonu da Şotlandiyanın “Aberdin” klubuna icarəyə göndərib. 20 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi sözügedən komandada forma geyinəcəyi açıqlanıb. İngiltərənin gənclərdən ibarət yığmasının üzvü ötən mövsümdə də “Blekbern”də icarədə olub. O, “Liverpul”un əsas komandasında cəmi 3 oyun keçirib.






Transfer