27 oktyabr 2024. Bazar günü

Yuventus'dan 17 milyonluq yeni transfer


  • Transfer
  • 12:17 12.08.2022
  • Oxunma sayı: 101
Yuventus'dan 17 milyonluq yeni transfer
 Almaniyanın “Ayntraxt” klubu yarımmüdafiəçisi Filip Kostiç ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 29 yaşlı vinger bundan sonra İtaliyanın “Yuventus” klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serb yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. Tərəflər 3 illik müqaviləyə imza atacaqlar. “Yuventus” Kostiç üçün 17 milyon avro təzminat ödəyəcək.
 
Filip Kostiç 2018-ci ildən “Ayntraxt”da çıxış edirdi. O, Frankfurt təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 33 qola imza atıb. Yarımmüdafiəçi daha öncə “Radniçki”, “Qroningen”, “Ştutqart” və “Hamburq” kimi komandalarda da çıxış edib. O, Serbiya yığmasında 48 oyuna 3 qolla yadda qalıb.
 
“Yuventus” futbolçusu Nikolo Faqioli ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.
 
Turin klubunun yetirməsi olan Faqioli ötən mövsümü icarə əsasında “Kremoneze”də keçirib. O, klubun əsas komandasında cəmi 2 oyuna çıxıb. Yarımmüdafiəçi İtaliyanın U-21 yığmasının da üzvüdür.
 






Transfer