27 oktyabr 2024. Bazar günü

Atalanta rusiyalı futbolçusunu icarəyə göndərdi


  • Transfer
  • 13:13 12.08.2022
  • Oxunma sayı: 103
Atalanta rusiyalı futbolçusunu icarəyə göndərdi
İtaliyanın “Torino” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Turin təmsilçisi rusiyalı Aleksey Mirançukla xorvatiyalı Nikola Vlaşiçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameylli yarımmüdafiəçi olan hər iki futbolçu satınalma şərti ilə cari mövsümün sonuna kimi icarə əsasında sözügedən klubun uğurları üçün çalışacaq. Vlaşiç İngiltərənin “Vest Hem” klubundan heyətə qatılıbsa, Mirançuk “Atalanta”dan gəlib.
 
Nikola Vlaşiç 2021-ci ilin avqustundan “Vest Hem”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 31 oyuna 1 qol vurub. Yarımmüdafiəçi daha öncə “Hayduk” (Split), “Everton” və ÇSKA (Moskva) komandalarının da uğurları üçün çalışıb. 24 yaşlı futbolçu Xorvatiya yığmasında 39 oyuna çıxıb, 7 qol vurub.
 
Aleksey Mirançuk isə 2020-ci ilin avqustundan “Atalanta”da forma geyinirdi. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 56 oyuna çıxıb, 9 qol vurub. Daha öncə yetirməsi olduğu Moskva “Lokomotiv”ində oynamış yarımmüdafiəçi, Rusiya yığmasında da 41 oyuna 6 qola imza atıb.
 
Yeri gəlmişkən, “Atalanta” Mirançukdan əlavə daha 3 futbolçusunu icarəyə verib. 18 yaşlı qvineyalı hücumçu Mustafa Sisse “Piza”ya, 19 yaşlı italyan yarımmüdafiəçi Andrea Oliveri “Frozinone”yə,  25 yaşlı niderlandlı hücumçu Sam Lammers isə “Empoli”yə icarəyə göndərib. Hər üç oyunçu 2022/23 mövsümünün sonuna kimi sözügedən klublarda icarədə oynayacaq. “Piza”nın Mustafa Sisse ilə müqaviləsində satınalma şərtinin olduğu da diqqətə çatdırılıb.
 






Transfer