21 dekabr 2025. Bazar günü

Trabzonspor'dan 3 milyonluq transfer


  • Transfer
  • 15:29 12.08.2022
  • Oxunma sayı: 105
Trabzonspor'dan 3 milyonluq transfer
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Trabzon təmsilçisi  “Levante” klubunun hücumameylli yarımmüdafiəçisi Enis Bardini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Şimali Makedoniya yığmasından olan 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. La Liqa klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan futbolçunun transferi üçün qarşı tərəfə 3 milyon avro ödəniləcək. Enis özü isə yeni klubunda ilinə 1.3 milyon avro qazanacaq.
 
Bardi 2017-ci ilin iyulundan “Levante”nin uğurları üçün çalışırdı. O, bu komandada keçirdiyi 5 mövsüm ərzində 162 oyuna çıxıb, 24 qola imza atıb. Yarımmüdafiəçi daha öncə “Uypeşt” və “Prespa Birlik” klublarında forma geyinib. Enis Şimali Makedoniya yığmasında 48 oyuna 11 qolla yadda qalıb.
 






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq