Futbol üzrə İtaliya milli komandasının sabiq qapıçısı Salvatore Siriqunun yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki, 35 yaşlı qolkiper bundan sonrakı karyerasını “Napoli”də davam etdirəcək.
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik təcrübəli futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Siriqu son olaraq “Cenoa”da forma geyinib. O, 2021-ci ilin avqustunda müqavilə bağladığı bu klubda keçirdiyi bir mövsüm ərzində 37 oyuna çıxıb. “Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna” və “Torino”da da çıxış edib. O, İtaliya yığmaısnda da 28 oyun keçirib.