- Transfer
- 21:53 26.11.2024
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" (Plzen) komandası növbəti transferini gerçəkləşdirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi Macarıstan "Ferentsvaroş"unun hücumçusu Forçun Akpan Bessini icarəyə götürüb. 24 yaşlı nigeriyalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
"Viktoriya" ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı transfer edib.
Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.