- Transfer
- 19:35 12.04.2026
UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İspaniya "Real Madrid"inin qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin de Bruynedir.
Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq