- Transfer
- 21:53 26.11.2024
İtaliyanın “Monza” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyasının yeni üzvü iki mərkəz müdafiəçisi – Pablo Marini və Marlon Santosu, yarımmüdafiəçi Varren Bondonu və hücumçu Andrea Petanyanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mari, Marlon və Petanya 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülübsə, Bondo isə birdəfəlik transfer olunub. 18 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Bu komandada 39 oyuna çıxan yarımmüdafiəçi, 2 qol da vurub. Gənc futbolçu Fransanın U-19 yığmasında çıxış edir.
Marlon Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan icarəyə götürülüb. 26 yaşlı mərkəz müdafiəçisi 2021-ci ildən “Şaxtyor”da forma geyinirdi. Braziliyalı oyunçu, ötən mövsüm bu komandada 22 oyuna çıxıb. O, əvvəllər “Fluminense”, “Barselona”, “Nitsa” və “Sassuolo”da da forma geyinib.
Pablo Mari İngiltərənin “Arsenal” klubundan icarəyə götürülüb.28 yaşlı futbolçu 2020-ci ildən formasını geyindiyi London təmsilçisində cəmi 22 matçda şans tapıb. O, əvvəllər “Malyorka”, “Ximnastik”, “Jirona”, “NAK Breda”, “Deportivo”, “Flamenqo”da da çıxış edib. Mari ötən mövsümün ikinci dövrəsini İtaliyanın digər klubu “Udineze”də icarədə keçirib.
Andrea Petanya isə müqavilə ilə “Napoli”yə məxsusdur. 27 yaşlı futbolçu 2020-ci ildən Neapol klubunda çıxış edirdi. İtalyan oyunçu qısa müddət SPAL-da da icarədə çıxış.edib. “Milan”ın yetirməsi olan Petanya, “Sampdoriya”, “Latina”, “Viçentsa”, “Askoli” və “Atalanta”da da forma geyinib. O, İtaliya yığmasında da 1 oyuna çıxıb.