21 dekabr 2025. Bazar günü

Qalatasaray'ın futbolçusu karyerasını bitirdi


  • Transfer
  • 12:22 13.08.2022
  • Oxunma sayı: 135
Qalatasaray'ın futbolçusu karyerasını bitirdi
Türkiyə yığmasının və “Qalatasaray”ın müdafiəçisi Semih Kaya futbolçu karyerasını başa vurub. Corner.az xəbər verir ki, 31 yaşlı oyunçu bu barədə qərarını sosial şəbəkə hesabında yazıb.
 
Semih “Qalatasaray”ın öz yetirməsidir. 2009-cu ildə peşəkar karyerasına başlayan mərkəz müdafiəçisi, İstanbul təmsilçisi ilə yanaşı, icarə əsasında “Qaziantepspor” və “Kartalspor”un da formasını geyinib. 2017-ci ildə isə o, Çexiyanın “Sparta” (Praqa) klubuna transfer olunub. 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a qayıdan futbolçu, 2020-ci ildə Praqa təmsilçisindən ayrılaraq Türkiyəyə qayıdıb. Lakin o, bu dəfə “Yeni Malatyaspor”la anlaşıb. Bu ilin fevralında Malatya klubundan ayrılan müdafiəçi yenidən “Qalatasaray”a qayıtmışdı.
 
Türkiyə millisinin sabiq üzvü bu klubla 5 dəfə Türkiyə çempionu olub, 4 dəfə ölkə kubokunu, 4 dəfə də super kubok qazanıb. Semih millidə də 23 oyuna çıxıb.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq