21 dekabr 2025. Bazar günü

PSJ iki futbolçusunu satdı


  • Transfer
  • 16:30 13.08.2022
  • Oxunma sayı: 116
PSJ iki futbolçusunu satdı
Fransanın PSJ klubu hücumçusu Arno Kalimuendo ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 20 yaşlı futbolçu Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Parislilər bu keçiddən 20 milyon avro qazanıb.
 
Arno Kalimuendo PSJ-nin öz yetirməsidir. O, Paris klubunun əsas komandasında cəmi 5 oyuna çıxıb. Gənc forvard son iki mövsümü “Lans”da icarədə keçirib. O, bu komandada 65 oyuna 21 qol vurub. Kalimuendo Fransanın U-21 yığmasına da dəvət alır.
 
PSJ digər futbolçusu Tyerno Baldeni də “Trua”ya satıb. Lakin bu transferin detalları açıqlanmayıb.20 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. PSJ-nin əsas komandasında oynamaq şansı qazanmayan fransalı futbolçu, geridə qalan mövsümdə “Havr”da icarədə olub, burada 31 oyunda iştirak edib.
 






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq