İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Niko Qonsales ilə yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə 4 illik yeni sözləşmə imzalanıb.
İspaniyalı oyunçuya qiymət də qoyulub. Gənc futbolçunu heyətinə qatmaq istəyən klub, bunun üçün 1 milyard avrosundan keçməlidir.
“Barselona” Niko ilə yeni müqavilə bağladıqdan sonra onu “Valensiya”ya icarəyə göndərib. O, 2022-23 mövsümünün sonuna kimi bu komandada icarədə olacaq.
Niko Qonsales “Barselona”nın öz yetirməsidir. O, 2021-ci ildən əsas komandada çıxış edirdi. Futbolçu doğma komandasında meydana çıxdığı 37 oyunda 2 qolla yadda qalıb. O, İspaniyanın U-21 yığmasında da çıxış edir.