27 oktyabr 2024. Bazar günü

Pepe Super Liqa klubunda


  • Transfer
  • 11:09 14.08.2022
  • Oxunma sayı: 77
Pepe Super Liqa klubunda
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Ankara təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan Pepe Rodriqesi heyətinə qatıb.
 
Bu barədə Ankara klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Pepe Rodriqes “Benfika”nın yetirməsidir. O, 2020-ci ildə “Olimpiakos”a keçsə də, burada cəmi 13 matça çıxıb.  Portuqaliyalı futbolçu ötən mövsümü də icarə əsasında “Famalikan”da keçirib. Yarımmüdafiəçi bu komandanın heyətində 37 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Pepe vətənində “Eştoril” və “Vitoriya”nın (Gimaraynş) da formasını geyinib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etsə də, əsas millidə oynamayıb.
 
Pepeni “Ankaragücü” klubuna icarəyə verən “Olimpiakos” isə Marsel “Olimpik”indən (Fransa) Konrad de la Fuenteni transfer edib. 21 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi Yunanıstan klubunda çıxış edəcək.
 
Amerikalı oyunçu “Barselona”nın yetirməsidir. O , 2021-ci ilin iyunundan “Olimpik”də çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 23 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yarımmüdafiəçi ABŞ millisində də 3 oyun keçirib.






Transfer