İtaliyanın “Yuventus” klubu sol cinah müdafiəçisi Luka Pelleqrinini icarəyə göndərib. Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu 2023-cü ilin 30 iyununa kimi Almaniyanın “Ayntraxt” klubunun uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti yer almayıb.
İtaliya millisinin üzvü “Roma”nın yetirməsidir. “Yuventus” onu 2019-cu ilin yayında 22 milyon avro qarşılığında transfer edib. Gənc futbolçu indiyə qədər Turin təmsilçisində 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Pelleqrini daha öncə “Kalyari” və “Cenoa”da da icarə əsasında çıxış edib. Futbolçu İtaliyanın əsas yığmasında 1 oyun keçirib.