Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi dayaq yarımmüdafiəçisi Kader Keytanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Fil Dişi Sahilindən olan futbolçu Fransanın “Ayaçço” klubunun yetirməsidir. O, bu klubla yanaşı, “Lill”in də B komandasında forma geyinib. 2019-cu ildə isə yarımmüdafiəçi Belçikanın “Vesterlo” klubuna transfer olunub. 2021-ci ildə “Syon”da icarədə də oynamış futbolçu, peşəkar karyerası ərzində 95 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Keyta ölkəsinin gənclərdən ibarət yığmasına da dəvət alır.