27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan 18 milyon avroluq transfer


  • Transfer
  • 19:18 14.08.2022
  • Oxunma sayı: 87
Premyer Liqa klubundan 18 milyon avroluq transfer
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brayton”dan Şeyn Daffini, “Vest Hem”dən isə İssa Diopu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Daffi 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Diop isə “Vest Hem”dən 18 milyon avro qarşılığında heyətə qatılıb. Onunla 5 illik müqavilə imzalanıb.
 
İssa Diop 2018-ci ildə “Tuluza”dan 25 milyon avroya “Vest Hem”ə keçmişdi. Bu komandada 4 mövsüm ərzində 121 matça çıxan 25 yaşlı futbolçu, 8 qol da vurub. Mərkəz müdafiəçisi Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb.
 
Şeyn Daffi isə “Everton”un yetirməsidir. 30 yaşlı futbolçu “Bernli”, “Skantorp Yunayted”, “Yovil Taun” və “Blekbern” kimi klubların da formasını geyinib. O, 2016-cı ildən “Brayton”un uğurları üçün çalışır. İrland müdafiəçi burada keçirdiyi 5 mövsüm ərzində 150 oyuna çıxıb, 9 qola imza atıb. “Brayton” Daffini 2020/21 mövsümündə Şotlandiyanın “Seltik” klubuna da icarəyə vermişdi. Futbolu İrlandiya yığmasında 55 oyun keçirib, 7 qol vurub.






Transfer