İtaliyanın “Fiorentina” klubu müdafiəçisi Nikola Milenkoviç ilə yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədərdir. Serbiyalı futbolçu yeni müqaviləyə əsasən, ilinə 3.5 milyon avro qazanacaq.
Nikola Milenkoviç 2017-ci ildə “Partizan”dan “Fiorentina”ya transfer olnub. Mərkəz müdafiəçisi Florensiya klubunda keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 4 qola imza atıb. Serb futbolçu öz ölkəsində “Partizan”la yanaşı, “Teleoptik”də də forma geyinib. O, Serbiya yığmasında 37 oyun keçirib, 3 qol vurub.
“Fiorentina” Qabriele Qorini “Recina”ya, Yakob Rasmusseni isə “Feyenoord”a icarəyə verdiyini də açıqlayıb. Onlar 2022/23 mövsümünün sonuna kimi icarə əsasında sözügedən klubların uğurları üçün çalışacaqlar.