28 noyabr 2024. Cümə axşamı

Liqa 1 klubundan 15 milyon avroluq transfer


  • Transfer
  • 19:29 14.08.2022
  • Oxunma sayı: 93
Liqa 1 klubundan 15 milyon avroluq transfer
Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Knyazlıq təmsilçisi Avstriyanın “Zalsburq” klubundan yarımmüdafiəçi Məhəmməd Kamaranı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu keçid Fransa klubuna 15 milyon avroya başa gəlib. Kamara yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
Məhəmməd Kamara Malinin “Real Bamako” klubunun yetirməsidir. 22 yaşlı futbolçu 2018-ci ildə Avstriyanın “Liferinq” klubuna transfer olunub. O, bu klubda olarkən yerli “Hartberq”də icarədə də oynayıb. 2020-ci ildə isə “Zalsburq” yarımmüdafiəçini öz heyətinə cəlb edib. Mali yığmasının üzvü Avstriya təmsilçisində 76 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Kamara bu komandanın heyətində 3 dəfə Avstriya çempionu olub, 3 dəfə də kubokun qalibi adını qazanıb. Futbolçu Mali yığmasında 15 oyun keçirib, 3 qol vurub.
 
“Monako” müdafiəçisi Kayo Enrike ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 25 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilə qədər sözügedən klubun uğurları üçün çalışmağa davam edəcək. Braziliyalı oyunçunun əvvəlki sözləşməsi 2025-ci ilin 30 iyununa qədər idi.
 
Kayo Enrike 2020-ci ildə Madrid “Atletiko”sundan “Monako”ya transfer olunub. O, geridə qalan iki mövsüm ərzində bu komandada 85 oyuna çıxıb, 2 qol vurub. Braziliyanın U-23 yığmasının sabiq üzvü “Atletiko”da olarkən “Parana”, “Fluminense” və “Qremio”ya icarəyə də verilib.
 






Transfer