27 oktyabr 2024. Bazar günü

Atalanta'dan Super Liqa klubuna


  • Transfer
  • 23:08 15.08.2022
  • Oxunma sayı: 91
Atalanta'dan Super Liqa klubuna
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”ın qapıçısı Batuhan Şən ilə İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Ebrima Kollini heyətinə cəlb edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçusu 2022/23 mövsümünün sonuna kimi sözügedən klubunun uğurları üçün çalışacaq.
 
Batuhan Şən “Qalatasaray”ın öz yetirməsidir. 23 yaşlı qolkiper əvvəlki mövsümlərdə “Həkimoğlu Trabzon” və “Menemenspor”da da icarədə olub. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib. Yeri gəlmişkən, “Qalatasaray” gənc oyunçusunu icarəyə göndərməzdən öncə onunla 4 illik yeni müqavilə imzalanıb.
 
Ebrima Kolli də “Atalanta”nın yetirməsidir. 22 yaşlı vinger əvvəlki mövsümlərdə “Verona” və “Spetsiya”da icarədə oynayıb. O, öz klubunun əsas komandasında cəmi 5 matça çıxıb. Qambiyalı yarımmüdafiəçi ölkəsinin əsas yığmasında 9 matç keçirib.






Transfer