27 oktyabr 2024. Bazar günü

Barselona daha bir futbolçusunu göndərdi


  • Transfer
  • 09:03 16.08.2022
  • Oxunma sayı: 100
Barselona daha bir futbolçusunu göndərdi
“Barselona”nın futbolçusu Aleks Kolyadonu icarəyə göndərib.Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu 2022/23 mövsümün sonuna qədər icarə əsasında “Elçe”nin uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
 
Kataloniya təmsilçisi futbolçunun maaşının 50 faizini ödəyəcək. İspaniyalı oyunçu ilə icarə müqaviləsi 1 illikdir.
 
Kolyado 2010-cu ildən “Barselona”da çıxış edir. Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Qranada”da keçirib. Onun hesabında 17 oyun, iki qol və bir məhsuldar ötürmə var.






Transfer