27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubu yeni transferini 6 aylıq itirdi


  • Transfer
  • 15:45 16.08.2022
  • Oxunma sayı: 110
Premyer Liqa klubu yeni transferini 6 aylıq itirdi
İngiltərənin “Aston Villa” komandası ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Dieqo Karlos sıradan çıxıb.
 
29 yaşlı futbolçu Premyer Liqanın 2-ci turu çərçivəsində baş tutan “Everton”la matçda ciddi zədələnib. Klubun yaydığı məlumata görə, braziliyalı futbolçu dabanından aldığı zədəyə görə əməliyyat olunacaq və 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Karlos 2:1 hesabıyla qalib gəldikləri matçın 90+5-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.
 
Dieqo Karlos “Aston Villa”ya bu yay “Sevilya”dan keçib. 
 
Yeri gəlmişkən, “Aston Villa” polşalı gənc qapıçısı (19 yaş) Filip Marşalla, 20 yaşlı hücumçusu Kameron Arçer və 19 yaşlı yarımmüdafiəçisi Aaron Remsi ilə yeni müqavilə imzalandığını da diqqətə çatdırıb. Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilə qədər bu klubun uğurları üçün çalışacaqlar. Klubun əsas komandasında 6 oyun keçirib, 4 qola imza atan Arçer, “Solihall Murs” və “Preston Nort End” klublarında icarədə də oynayıb. Forvard İngiltərənin U-21 yığmasında da forma geyinir. Lakin Remsi ilə imzalanan sözləşmənin müddəti açıqlanmayıb. İngilis futbolçu 2022/23 mövsümünün sonunadək “Norviç Siti” klubuna icarəyə verildiyi də vurğulanıb. O, bu ilin əvvəlində “Çeltnem Taun”da da icarədə olub.
 
“Aston Villa” hücumçusu Kinan Deyvisi “Uotford”a, müdafiəçi Keyn Kesleri də “Haddersfild”ə icarəyə göndərib. Hər iki oyunçu mövsümün sonunadək sözügedən klublarda icarədə oynayacaq. Klubun öz yetirməsi olan Deyvis, əsas komandada 87 oyun keçirib, 7 qol vurub. İngiltərədən olan 24 yaşlı forvard ötən mövsüm “Nottingem Forest”də də icarədə olub. 
 
Kesler də bu klubun öz yetirməsidir. 19 yaşlı futbolçu ötən mövsüm “Suindon Taun” və “Milton Kens Dons” komandalarında icarədə olub.






Transfer