27 oktyabr 2024. Bazar günü

Mançester Siti'dən 13 milyon avroluq transfer


  • Transfer
  • 15:50 16.08.2022
  • Oxunma sayı: 91
Mançester Siti'dən 13 milyon avroluq transfer
İngiltərə çempionu “Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, "şəhərlilər" Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Serxio Qomesi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Mançester təmsilçisi 21 yaşlı futbolçunun keçidinə görə Belçika klubuna bonuslarla birlikdə 13 milyon avro ödəyəcək. Gənc futbolçu yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Serxio Qomes “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin B komandasında oynadığı dönəmdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna transfer olunub. Amma Bundesliqa klubunda da daha çox əvəzedici heyətdə oynayan sol cinah yarımmüdafiəçisi, 2 il də “Hueska”da icarədə çıxış edib. 2021-ci ilin iyun ayında isə o, Almaniya klubundan ayrılaraq “Anderlext”ə keçmişdi. Geridə qalan mövsümdə Belçika klubunda 49 oyun keçirmiş futbolçu, 6 qol vurub. 21 yaşlı oyunçu İspaniyanın U-21 yığmasının da üzvüdür.
 
Yeri gəlmişkən, “Mançester Siti” hücumçusu Kaikini də (Kaiki da Silva Şaqas) Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna icarəyə göndərib. 19 yaşlı forvard 2022/23 mövsümünün sonunadək icarədə olacaq.
 
Braziliyalı futbolçu “Mançester Siti”yə 2021-ci ildə Braziliyanın “Fluminense” klubundan 10 milyon avroya transfer edilib. 






Transfer